Əgər əhali arasında sorğu aparsaq “Nəyə görə avtomobillərinizi hələ də sığortalamamısınız?”, çoxusunun cavabı, “istərdik, lakin sığortanın qiyməti və sənədlərlə artıq süründürmə insanı bu fikirdən imtina etməyə məcbur edir” olar.
Potensial müştərilərinə doğru addım atmağa çalışan “Qarant Sığorta” şirkəti avtomobil sürücülərinin nəzərinə yeni unikal sığorta məhsulu, “Avto fayda”nı təqdim edir.
Məhsulun ən böyük üstünlüyü isə ondan ibarətdir ki, sığorta hadisəsi baş verdikdə əlavə olaraq heç bir xərc və azadolma tutulmur. Yalnız bir dəfə – sığorta polisini alarkən xərc çəkmək lazımdır.
“Avto fayda” avtomobil sığortası üçün universal bir sığorta məhsuludur – bir tərəfdən sadə və qeydiyyat zamanı əhəmiyyətli xərclər tələb etmir, və digər tərəfdən isə sığortalının fərdi ehtiyaclarını nəzərə almaqa və əlverişli sığorta xidmətləri təqdim etməyə imkan verir.
“Avto fayda” məhsulu çərçivəsində avtomobillərin sığortası vaxtınızı, pulunuzu və əsəblərinizi qoruyur. Beləliklə, əgər adi qaydada olan avtomobil sığortası böyük bir məbləğə başa gəlir və əsəblərinizi artıq süründürmə ilə korlayırsa, “Avto fayda” sığorta məhsulunu əsasını səmərəlilik, qənaətçilik və uzaqgörənlik təşkil edir!
Məhsulun özəlliyi ondan ibarətdir ki, bütün zəruri təminatlar – avtomobilin dəyərinin və ya qəza səbəbi ilə onu təmir dəyərinin ödənilməsi, oğurluq, soyğunçuluq, yanğın, ildırım vurması, partlayış, təbii fəlakət, üçüncü şəxslərin qəsdən və qanunsuz hərəkətlər və s. – indi nisbətən kiçik məbləğ ödəməklə əldə edə bilərsiniz. Seçim üçün sığorta üzrə təminat iki növdə təqdim olunur:
1) 150 manat ödəməklə 2500 manat məbləğində sığorta təminatı almaq imkanı;
2) 210 manat ödəməklə 4000 manat məbləğində sığorta təminatı almaq imkanı.
Yuxarıda sadalanan üstünlüklərə əlavə olaraq “Qarant Sığorta” şirkəti Azərbaycanda ilk dəfə bu məhsulu, həmçinin hədiyyə kuponu kimi də təqdim edir. Bu da sizə yaxınlarınıza və əzizlərinizə belə rahat və faydalı hədiyyə bağışlamağa imkan yaradır.
Məhsul barəsində daha ətraflı məlumat almaq üçün (012) 184 nömrəli qaynar xətt vasitəsilə bizimlə əlaqə saxlayın, həmçinin “Qarant Sığorta” şirkətinin bütün ofislərinə müraciət edə bilərsiniz.
