Yaxın vaxtlarda avtobuslarda “Wi-Fi” şəbəkəsi yaradıla bilər.
Oxu.Az İCTnews.az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.
Onun sözlərinə görə, avtobuslarda monitorlarda “Wi-Fi” işarəsi var.
Hələlik gündəmdə əsas məsələ avtobuslarda ödənişin kartla həyata keçirilməsidir. Amma ola bilər ki, bir qədər sonra internet şəbəkəsi də quraşdırılsın.
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən “London” taksilərində artıq pulsuz “Wi-Fi” internet sistemi ilə təmin olunub. Sərnişin avtobuslarında da eyni şəbəkənin quraşdırılması mövzusu məhz bundan sonra gündəmə gəlib.