İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması üçün İcbari Sığorta Bürosu tərəfindən yeni sistem istifadəyə verilib.
Oxu.Az xəbər verir ki, İcbari Sığorta Bürosundan verilən məlumata görə, istifadəyə verilən yeni sistem vasitəsi ilə avtonəqliyyat vasitəsinin cari tarixə, həmçinin yol nəqliyyat hadisəsinin baş vermə tarixinə icbari qaydada sığortalı olub-olmamasını yoxlamaq mümkün olacaqdır.
Bu elektron xidmətə Büronun internet səhifəsində (www.isb.az) sığorta şəhadətnaməsini yoxla bölməsindən və ya http://services.isb.az daxil olmaq mümkündür.
İstifadəyə verilən bu elektron xidmətlər siyahısına yaxın zamanda daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta müqavilələrinin yoxlanılması modulları da əlavə olunacaqdır.
Gülnarə Zeynalova
www.oxu.az