Azərbaycanda qəza zamanı avtomobillərə dəyən zərərin avtomatik qiymətləndirilməsi sistemi bir ildən sonra işə düşəcək.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev bildirib.
Xatırladaq ki, Azərbaycan tərəfi bu sahədə dünyada tanınmış “Audateks” şirkəti ilə razılıq əldə edib. E.Quliyev bildirib ki, ilkin razılaşmaya əsasən şirkət Azərbaycanda 2015-ci ilin may-iyun ayında fəaliyyətə başlayacaq. Bunun üçün Azərbaycanda yeni şirkət təsis ediləcək.
Həmin vaxtadək isə şirkət Azərbaycan bazarında ehtiyat hissələrinin və təmir xərclərinin qiymətlərini araşdırıb sistemə daxil edəcək. Eləcə də bu sistemin fəaliyyətinin təmin edilməsi üçün ölkə qanunvericiliyinə lazımi dəyişikliklər ediləcək.