Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Avtovağzal dairəsində hazırda kommunikasiya xətlərinin - yerin alt hissəsindəki rabitə və qaz xətlərinin köçürülməsi işləri aparılır.
Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, nəqliyyatın normal hərəkətini təmin etmək məqsədilə dairə 34 m-dən 22-yə qədər kiçildilir:
“Orada səki daşlarının düzülməsi, həmin ərazidə ayırıcı zolağın salınması istiqamətində işlər gedir. Nəzərdə tutulan yenidənqurma işlərindən sonra həmin ərazidə nəqliyyat sıxlığı nisbətən aradan qaldırılacaq”.
www.oxu.az