Azərbaycan iqtisadiyyatı 2018-ci ildə 2% böyüyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə APA Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development, EBRD) yenilənmiş proqnozuna istinadən məlumat verib.
Bildirilir ki, cari ildə Azərbaycanın ÜDM-i 0,5% azalacaq. Növbəti ildə iqtisadi artımın əsas səbəbi kimi "Şahdəniz-2" və TANAP layihələrinin işə düşməsi göstərilir.
Hesabatda deyilir ki, makroiqtisadi sabitliyin qorunması üçün hökumət sərt pul-kredit və fiskal siyasətini davam etdirməlidir.
L.Ə.