Hazırda Əmanətlərin Sığortalanması Fondunun (ADİF) təxminən 12 milyon manat ehtiyatı qalıb.
Bu barədə Oxu.Az-a açıqlamasında fondun icraçı direktoru Azad Cavadov bildirib.
O həmçinin qeyd edib ki, banklardan üzvlük haqqının yığılması prosesi aprelin 15-də yekunlaşacaq:
“Banklardan üzvlük haqqlarının yığılması prosesi hələ tamamlanmayıb. Aprelin 15-nə kimi bu proses yekunlaşacaq”.
A.Cavadov onu da əlavə edib ki, ləğv edilmiş bankların əmanətçilərinə kompensasiya ödənişi davam edir.
“Proses hələki yekunlaşmayıb”, - deyə o qeyd edib.
Xatırladaq ki, ötən ay Fond Azərbaycan Mərkəzi Bankından (AMB) 22 milyon manat vəsait cəlb edib.
Ülviyyə R. Əli
www.oxu.az