“Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) üzərində 700 mln. manat borc var”.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu Fondun icraçı direktoru Azad Cavadov ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin bu gün keçirilmiş ilk iclasında deyib.
Onun sözlərinə görə, həmin vəsaiti bağlanmış banklardan almaq çox çətindir: “Hansı banka baxırsan, əmlakı girovdadır.
Elə bank var ki, kredit portfelinin 80-90%-i problemlidir. Fond “Bank Standard”ın kreditorları qədər pulunu geri almaqda maraqlıdır”.
U.A.
www.oxu.az