“Azərbaycan Hava Yolları” Bakı-Simferopol-Bakı və Bakı-Lvov-Bakı istiqamətindəki aviabiletlərin qiymətini aşağı salıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin verdiyi məlumata görə, Bakı-Lvov-Bakı aviareysinin qiyməti yığım və rüsumlar da daxil olmaqla сəmi 346 avro , Bakı-Simferopol -Bakı aviareysinin qiyməti isə yığım və rüsumlar da daxil olmaqla 352 Avro olub.
M.Səfərli 2012-ci il iyun ayından “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Lvov üzrə birbaşa uçuşlara başladığını da söyləyib. Hər iki istiqamətə bir aviabiletin minimal qiyməti 418 manat təşkil edib.
AZAL rəsmisi yaxın vaxtlarda başqa aviareyslərdə qiymətlərin aşağı salınmayacağını sözlərinə əlavə edib.