“Azərbaycan Hava Yolları” (AZAL) bütün istiqamətlərdə reyslər üçün yanacaq yığımı tətbiq edib.
AZAL mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin Oxu.Az-a bildirdiyinə görə, 15 yanvar 2014-cü il tarixdən şirkət yanacaq rüsumu yığacaq.
“Şirkət yanacaq rüsumunun yığılmasını yanacağın bahalaşması ilə əlaqədar tətbiq edir. Yanacaq rüsumu bir çox dünya aviaşirkətlərində var. Bu, dünyada yayılmış bir təcrübədir”.
Məhərrəm Səfərlinin sözlərinə görə, ekonom sinfi üçün yanacaq rüsumu 12 avro, biznes sinfi üçün isə 18 avro təşkil edəcək”.
Qeyd edək ki, məsələ ilə bağlı bəzi KİV-də belə bir məlumat yayılıb ki, yanacaq rüsumu aviauçuşun vaxtından asılı olaraq 27 avroya qədər olacaq.
Məhərrəm Səfərli bu məlumatı hələ ki təsdiqləməyib.
Gülnarə Zeynalova
www.oxu.az