“Azərbaycan Hava Yolları” milli şirkəti və Braziliyanın “Embraer” şirkəti iki “Embraer E190” təyyarəsinin alınması üçün 95,4 milyon dollar dəyərində müqavilə imzalayıb.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, Braziliya şirkətinin məlumatına görə, müqavilə Farnboroda (Böyük Britaniya) keçirilən aviaşou zamanı imzalanıb.
Bu təyyarələrin Azərbaycana gətirilməsindən sonra AZAL altı belə hava gəmisini istismar edəcək.
Hazırda AZAL-ın donanması Boeing 757-200, Boeing 767-300, Airbus 319, Airbus A320, Airbus A340-500, Embraer ERJ 170-100LR və Embraer ERJ 190-100 təyyarələrindən ibarətdir.(Trend).