Moskva metrosunda qatar qəzası üzrə ilk şübhəli müəyyən edilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, istintaq günahkar kimi üçüncü distansiyanın yol ustasının yardımçısını günahkar sayıb.
O, təmirdən sonra yoldəyişmə əqrəbi mexanizminin doğruluğunu yoxlamalı idi.
O isə vəzifəsini yerinə yetirməyib. Polis ehtimal edir ki, yerinə yaxşı bərkidilməmiş əqrəb ilkin vəziyyətindən çıxıb və qatarı tunelin divarına yönəldib.
Qeyd edək ki, iyulun 15-də Moskvanın Arbat-Pokrov xəttində, “Slavyanski bulvar” və “Park Pobedı” stansiyalarının arasında üç vaqon relsdən çıxıb. Hadisə nəticəsində 22 nəfər ölüb, 129 adam zərər çəkib.