“Azərbaycan Hava Yolları” (AZAL) avqustun 25-dən etibarən Krasnoyarsk istiqamətində uçuşların sayını həftədə iki dəfəyədək artırır.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, aviaşirkətdən bildirilənə görə, Bakı-Krasnoyarsk-Bakı istiqamətindəki müntəzəm uçuşlar həftənin şənbə günləri ilə yanaşı, bazar ertəsi də həyata keçiriləcək.