Ukrayna və Azərbaycan heç bir halda hava əlaqəsini dayandırmayacaqlar.
Oxu.Az xəbər verir ki, bu barədə haqqin.az-a açıqlamasında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin mətbuat xidmətinin rəisi Məhərrəm Səfərli bildirib.
Səfərlinin sözlərinə görə, uçuşlar üçün alternativ yollar var – məsələn, Qara dəniz yaxud Türkiyə ərazisi vasitəsilə.
“Düşünürəm, bizim və Ukraynanın aviadaşıyıcıları bu məsələnin həllini tapacaqlar”, - deyə, o bildirib.
O həmçinin uçuş vaxtının cüzi uzanması nəticəsində Bak-Kiyev reysi üzrə biletlərin qiymətinin bahalaşacağını istisna edib.