Bakıda 100 manatlıq əsginazları satan şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Ləzzət otağı” kafesində Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Kamil Məmmədov 200 ədəd saxta 100 manatlıq əsginazları satarkən tutulub.
Ondan əlavə olaraq 56 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq saxta əsginazlar da götürülüb. Faktla əlaqədar BMCMİ-nin istintaq şöbəsində cinayət işi başlanıb.