“Azərbaycan hava yolları” QSC-nin (AZAL) Azərbaycandan Ukrayna istiqamətində həyata keçirilən, əsasən də Kiyevə olan aviareyslər Rusiya ərazisindən realizə edilir.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə “AZAL” QSC-dən bildiriblər.
AZAL-dan bildiriblər ki, təyyarələr hərbi əməliyyatlar keçirilən ərazidən uçmur. (Trend)
10:50
AZAL Ukraynaya və Ukrayna üzərindən uçuşları davam etdirir.
Oxu.Az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında AZAL mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.
Ukraynadakı təyyarə qəzasından xəbərdar olduqlarını deyən M.Səfərli bu gün 9:35-də Bakı-Kiyev reysinin olduğunu, bir neçə dəqiqə sonra qeydiyyatın başa çatacağını və uçuşun həyata keçiriləcəyini dedi.
Mətbuat xidmətinin rəhbəri uçuşların dayandırılması ilə bağlı bundan sonra veriləcək qərardan xəbərsiz olduğunu bildirdi.
Xatırladaq ki, bir çox aviaşirkətlər Ukraynaya və Ukrayna üzərindən uçuşları dayandırıblar. Almaniyanın “Lufthansa”, Türkiyənin “Türkish Airlines”, Rusiyanın “Аэрофлот” və “Трансаэро” aviaşirkətləri belə qərar verdiklərini bəyan ediblər.
