“Azərbaycan hava yolları” BSC AZAL yay mövsümünə hazırlaşır.
Oxu.Az abc.az-a istinadən bildirir ki, bu haqda məlumatı, aviaşirkətin agenti olan SW Travel şirkətinin direktoru Şirzad Əfəndiyev verib.
Onun sözlərinə görə, turist mövsümü may ayından başlayaraq Bakı-Antalya, Bakı-Bodrum reysləri üzrə birbaşa gündəlik uçuşlar olacaq.
“Bakı-İzmir reysləri hər çərşənbə və cümə günləri, Bakı-Dalaman reysləri isə cümə və bazar günləri həyata keçiriləcək” – Ş.Əfəndiyev bildirib.
Onun sözlərinə görə, mövsümlə əlaqədar Lvov (cümə və bazar günləri) şəhərinə uçuşlar olacaq və Simferopol şəhərinə olan uçuşlar (bazar ertəsi və cümə) bərpa olunacaq.