8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə “Azər Türk Bank” müştəriləri üçün yeni “Bayram endirimləri” kampaniyasına başlayıb.
Beləliklə, mart ayı ərzində etibarlılıq müddətindən asılı olmayaraq, “Master Card Gold”, “Master Card Platinum”, “Master Card Business”, “Visa Gold” və ya “Visa Platinum” debit kartları sifariş edən hər kəs 50 faiz həcmində endirim əldə edəcək.
Arzu edənlər bu kartları şəxsiyyəti təsdiq edən sənədlə bankın filial və şöbələrində, eləcə də www.azerturkbank.az saytından onlayn sifariş edə bilərlər.
U.A.
www.oxu.az