“Azər Türk Bank”ın mətbuat xidməti bildirir ki, 31 mart 2017-ci il tarixinə Bankın aktivləri 291 mln. 468 min manat səviyyəsində olub.
Kredit portfelinin həcmi 139,8 milyon manat təşkil edib. Bankın məcmu kapitalı, tutulmalardan sonra 54 mln. 776 min manat, məcmu kapitalın adekvatlıq əmsalı 30,87% səviyyəsindədir.
Bank aktivlərinin səmərəliliyini əks etdirən ROA əmsalı 1,10%, kapitalın gəlirliliyi (ROE) 7,24% təşkil edib.
Ümumi gəlirlər 7 milyon 493 min manat, xərclər 6,4 milyon manat təşkil edib, bankın xalis mənfəəti 1,064 milyon manatdan çox olub. Bankın depozit potfeli 191,9 milyon manat həcmindədir.
“AzərTürk Bank”ın nizamnamə kapitalı 50 milyon manat səviyyəsindədir.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.
U.A.
www.oxu.az