Martın 11-də “Azər Türk Bank”ın təşkilatçılığı ilə Mərkəzi Bankın dəstəyi əsasında Naxçıvan Dövlət Texniki Kollecində “Müasir bank xidmətlərinin tətbiqi və marketinqi” mövusunda təlim keçirilmişdir.
Təlimin əsas məqsədi - müasir bank xidmətlərinin tətbiq edilməsi zəminində marketinq fəaliyyətinin təşkilinə, xidmət sektorunda müştəriyönümlü xidmətin əsas planda olduğuna diqqətin yönəldilməsi olmuşdur. Uzunmüddətli hədəf isə gələcəkdə bank və maliyyə sahəsi üzrə gənc kadrların hazırlığına dəstəkdir.
Tədbirdə “Azər Türk Bank”ın Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru Leyla Məmmədova “Müasir dövrdə xidmət sektorunda marketinq fəaliyyətinin təşkili”, “Azər Türk Bank”ın Naxçıvan filialının müdiri Vüsal Novruzov “Müştəriyönümlü xidmət və müştəri məmnuniyyəti”, Mərkəzi Bankın Naxçıvan MR idarəsinin əməkdaşı Hafiz İsmayılbəyli “Bank sahəsində texnoloji yeniliklər və xidmətlər” mövzularında çıxış etmişlər.
Təlimdə Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Dövlət Texniki Kollecinin bank, maliyyə və digər iqtisadiyyat yönümlü fakültələrinin tələbələri, eləcə də gənc sahibkarlar iştirak etmişlər.
Təlimdən sonra iştirakçılardan 116 nəfərə sertifikat verilmiş, ən aktiv iştrakçılardan 2 nəfər bankda bir aylıq təcrübəyə dəvət olunmuşdu.
U.A.
www.oxu.az