2015-ci ilin mart ayı ərzində Rusiyanın Voronej vilayətindən 185 ton süd məhsulu ixrac olunub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin (Rosselxoznadzor) Voronej vilayəti üzrə görülən işlərin mart ayı üçün nəzərdə tutulan hesabatında verilib.
Məlumatda qeyd olunur ki, vilayətdən 14 min ton yem və yem əlavələri Latviya və Niderlanda, 160 ton heyvan mənşəli xammal İtaliyaya, qeyri-məhsuldar (pişik) heyvan Estoniyaya göndərilib.