Azərbaycanda qida istehsalı 7,6 % azalıb, içki istehsalı isə 1,5 %, tütün məmulatlarının istehsalı isə 10,9 % artıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2015-ci ilin ilk 2 ayının (yanvar, fevral) yekunu üzrə hesabatında deyilir.
Qeyd edək ki, ümumilikdə bu sektorlar üzrə 428,4 milyon manatlıq məhsul istehsal edilib.
Məlumat üçün bildirək ki, hesabat dövründə 263,7 milyon ədəd papiros və siqaretlər istehsal edilib.