2015-ci ilin I yarısında Azərbaycan 325 ədəd minik avtomobili istehsal edib. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 75,4% azdır.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
Komitənin məlumatına görə, 2015-ci il iyulun 1-nə hazır minik avtomobillərinin ehtiyatı isə 335 ədəd təşkil edib.
Bundan əlavə, DSK-nın məlumatına görə, 2015-ci ilin ilk 6 ayında Azərbaycan 142 ədəd yük avtomobili istehsal edib, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 13,7% çoxdur.
Xatırladaq ki, Azərbaycan 2015-ci ilin yanvar-iyun ayları ərzində 540 ədəd traktor istehsal edib ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 10,4% azdır.
Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycana 17,640 ədəd avtomobil idxal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 48,7% azdır.
Onu da əlavə edək ki, Azərbaycana avtomobil idxalının azalmasına səbəb “Avro-4” standartına keçid ilə bağlıdır.
Ülviyyə R. Əli
www.oxu.az