Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan banklarının depozit portfeli “ağırlaşıb”
2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycan banklarında xalis depozit axını 2012-ci il ərzindəki 2,1 dəfə azalmaya qarşı 5,2 dəfə artıb.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, bankların hüquqi şəxslərdən cəlb etdikləri nağd depozitlərin həcmi 2013-cü ilin 11 ayı ərzində 1603,571 milyon manata bərabər olub ki, bu da 2012-ci ilin analoji dövrü ilə müqayisədə (1098,897 milyon manat) 45,93% çoxdur.
Eyni zamanda depozitlər üzrə ödənişlər 1089,283 milyon manat təşkil edib ki, bu da 2012-ci ilin göstəricisindən (1000,358 milyon manat) 8,89% çoxdur.
Beləliklə, yanvar-noyabrda fiziki və hüququ şəxslərin depozitlərinin xalis artımı 2012-ci ilin göstəricisi (98,539 milyon manat) ilə müqayisədə 514,288 milyon manat təşkil edib.