2015-ci ilin iyunun 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalı 4 milyard 521.2 milyon manat təşkil edib.
Oxu.Az Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən xəbər verir ki, bank sektorunun məcmu kapitalı 2015-ci ilin əvvəli ilə müqayisədə 5,89% və ya 251,5 milyon manat çoxdur.
Qeyd edək ki, son bir ildə bank sektorunun məcmu kapitalı 18,87% və ya 717,6 milyon manat artıb.
Xatırladaq ki, son bir ayda isə bu göstərici (2015-ci ilin iyun 1-i ilə may ayının 1-nə olan rəqəmlərin müqayisəsi) 49,5 milyon manat və ya 1,1% artıb.
Ülviyyə R. Əli
www.oxu.az