2015-ci ilin aprel ayında Azərbaycan Beynəlxalq Bankı (ABB) bir il müddətinə 60 milyon ABŞ dolları həcmində kredit alıb.
Oxu.Az xəbər verir ki, bankın məlumatına görə, kredit Niderlandın İNGBank N.V. bankından cəlb edilib.
Xatırladaq ki, vəsait korporativ maliyyələşməyə yönəldiləcək.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının əsas səhmdarı (51,07 faiz) Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir.
Ülviyyə R. Əli
www.oxu.az