“Azərbaycan Beynəlxalq Bankının (ABB) 2017-ci ilin ilk yarısında idarə oluna bilən səviyyəyə gətirilərək özəlləşdirməyə hazır olmasına çalışırıq”.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün Bakıda keçirilən bank forumunda çıxışında bildirib.
“Sektorun 40%-nə malik olan bankın bazarda qalmasını təhdid hesab edirik. Bu, bank sektoru üçün təhdid yaratmayacaq səviyyəyə çatmalıdır”, - deyə R.Aslanlı qeyd edib.
U.A.
www.oxu.az