Bu gün Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədri Elmar Məmmədov vəzifəsindən kənarlaşdırılıb.
Oxu.Az xəbər verir ki, Fins.az-ın bank dairələrindən əldə etdiyi məlumata əsasən, onun yerinə “Azər-Türk Bank”ın yeni sədri Xalid Əhədov təyin olunub.
Xatırladaq ki, X.Əhədov bu il dekabrın 2-də “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının qərarı ilə Bankın İdarə Heyətinin üzvü seçilib.
Həmçinin, Bankın İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə edilib. X.Əhədov bank sahəsi üzrə fəaliyyətə 1999-cu ildən başlayıb.
Bu günə qədər “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru vəzifələrində çalışıb.Yeni vəzifəyə qədər isə hazırda ləğvetmə prosesində olan “Bank Standard” ASC-nin İdarə Heyətinin sədri olub.
15:40
Azərbaycanda fəaliyyət göstərən banklardan birinin də rəhbəri dəyişdi.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu dəfə Azərbaycan Beynəlxalq Bankının (AMB) İdarə heyətinin sədri Elmar Məmmədov vəzifəsindən kənarlaşdırılıb.
Xatırladaq ki, ötən həftə daha bir bankın rəhbəri dəyişib. “Azər-Türk Bank”ın idarə heyətinin sədri Fərhad Adıgözəlovu indi Xalid Əhədov əvəz edir.
F.Adıgözəlovla E.Məmmədov vaxtilə bir komandada çalışıblar. Belə ki, E.Məmmədov “Azər Türk Bank”ın sədri olanda F.Adıgözəlov onun müavini vəzifəzində çalışıb.
E.Məmmədov ABB-yə sədr təyin edildikdən sonra onun müavini “Azər-Türk Bank”ın sədri təyin edilib. Ötən həftə isə o da vəzifəsindən kənarlaşdırılıb.
U.A.
www.oxu.az