Azərbaycan öncə Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən verilmiş kreditlər üzrə öhdəliklərindən tamamilə azad olub.
Bu barədə Oxu.Az abc.az saytına istinadla xəbər verir.
BVF-nin məlumatına əsasən, Azərbaycan kreditlər üzrə bütün vəsaitləri və onların faizlərini artıq ödəyib. Fondda Azərbaycanın kvotası 160,8 milyon SDR səviyyəsində qiymətləndirilir.