Xəbər verdiyimiz kimi bu gün Heydər Əliyev Sarayında Türkiyə Pop Musiqisinin Kraliçası Demet Akalının ilk solo-konserti keçiriləcək.
Oxu.Az xəbər verir ki, müğənni artıq Bakıdadır. Onunla birlikdə həyat yoldaşı Okan Kurt da şəhərimizin qonağıdır.
Türkiyənin sevimli pop-divasının çoxdan gözlənilən şousu bu gün saat 20:00-da Heydər Əliyev Sarayında baş tutacaq.
Konsertin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az