Xəbər verdiyimiz kimi May bayramları ərəfəsində Bakıda Türkiyə Pop Musiqisinin Kraliçası Demet Akalının ilk solo-konserti keçiriləcək.
Oxu.Az xəbər verir ki, Türkiyənin sevimli pop-divasının çoxdan gözlənilən şousu 1 May 2015-ci il tarixində Heydər Əliyev Sarayında keçiriləcək.
Konsertə biletləri şəhərin kassalarından əldə etmək olar. Biletlərin qiymətləri 20 - 150 AZN, VIP isə 190 AZN təşkil edir.
Demet Akalının Bakıda baş tutacaq ilk solo-konsertinin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az