Hökumət “Azərbaycan Dəmir Yolları” QSC üçün qatarların əldə etmə və maliyyə sxemini müəyyənləşdirib.
Oxu.Az Fineko/abc.az-a istinadən bildirir ki, dövlət mənbələrindən məlum olduğu kimi yaranmış şəraitdə sxem belə ola bilər: qatarların (əsasən lokomotivlərin) çatdırılması üzrə beynəlxalq tenderin keçirilməsi və nəticələrin əsasında müqavilənin maliyyələşdirilməsi.
Bu gün üçün ADY ilkin tələbatı 12 çoxsistemli elektrovozla və 100 sərnişin qatarının yenilənməsindən ibarətdir. Ümumilikdə dəmir yollarına ən azı 50 yeni elektrovoz lazımdır.
Potensial kreditorlar daima öz təkliflərini yeniləyirlər.
Maliyyə dəstəyinin ən çox KfW Almaniya inkişaf bankından və Avropa investisiya bankından alınacağı gözlənilir. Sazişin həcmi 400-500 milyon avro dəyərində qiymətləndirilir.
Eləcə də Asiya İnkişaf Bankı və Rusiya bankı VTB ilə əməkdaşlığa hazırlıq var.