Yanacağın qiymətinin qalxması ilə bağlı yayılan məlumatlar əsassızdır.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, bunu Tarif Şurasının mətbuat katibi Abbas Əliyev bildirib.
Onun sözlərinə görə, bir neçə gün öncə də Tarif (qiymət) Şurasının Aİ-92 və Aİ-95 markalı avtomobil benzinin pərakəndə satış qiyməti ilə bağlı məlumat dərc edilib.
O bildirib ki, Şuranın benzinin pərakəndə satış qiyməti dəyişdirilməyib:
“Hazırda Aİ-92 və Aİ-95 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün müvafiq olaraq 70 və 80 qəpikdir. Avro standartlara cavab verən avtomobil benzininin - “Premium Avro-95” və “Super Avro-98” isə nisbətən aşağı qiymətlərlə ölkəyə idxalına və sərbəst qiymətlərlə satışına imkan yaradılıb”.
A.Əliyev vurğulayıb ki, artıq “Premium Avro-95” və “Super Avro-98” markalı benzin yanacaqdoldurma məntəqələrində sərbəst qiymətə satılır.