Bakı metrosunda insanları qorxuya salan hadisə olub.
Oxu.Az xəbər verir ki, hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, metronun “Nizami” stansiyasında yaşlı qadın eskalatordan yıxılıb.
O, eskalatorla qalxan zaman büdrəyib və bir neçə pillə aşağı yuvarlanıb. İnsanların köməkliyi ilə qadın ayağa qaldırılıb.
Qadına tibbi yardım üçün təcili yardıma zəng edilib.