Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) özəlləşdirmə prosesində daha bir yenilik edib.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, mayın 11-də komitə “Elektron hərrac” layihəsini təqdim edəcək.
Bundan sonra ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qaydada qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə biləcəklər.
İlkin mərhələdə elektron hərrac vasitəsilə nəqliyyat vasitələri və avadanlıqların satılması nəzərdə tutulur. Gələcəkdə isə bu yenilik bütün əmlak növlərinə aid ediləcək.
Elektron hərrac xarici ölkə investorlarının Azərbaycandakı müsabiqələrdə daha rahat iştirakını təmin edəcək. Eyni zamanda, yerli vətəndaşlar üçün hərraclarda iştirak etmək daha əlverişli olacaq.
U.A.
www.oxu.az