Yanvarın 1-dən etibarən Azərbaycanda ƏDV-nin diferensiallaşmasına başlanılacaq.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərovun sözlərinə görə, bu məsələ üzrə bəzi dövlət qurumları ilə müəyyən fikir ayrılıqları mövcuddur: “Bu, layihədir. Amma hələlik buna qarşı müqavimət var”.
Nazir müavini deyib ki, bu il olduğu kimi, gələn il də nazirlik üçün ağır il olacaq.
U.A.
www.oxu.az