2014-cü ilin yanvar-may aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 15,0 milyard manata çatıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hər nəfərə düşən gəlirin həcmi 1603,9 manat və ya ayda orta hesabla 320,8 manat təşkil edib.
Əhalinin hər nəfərinə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 3,1 faiz olub.
Bu dövr ərzində gəlirlərin 70,3 faizi son istehlaka, 9,0 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,5 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18,2 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan gəlir 13,7 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 4,6 faiz artıb.
Gülnarə Zeynalova
www.oxu.az