2015-ci ilin sonunda “Azərbaycan-Gürcüstan-Türkiyə-Almaniya Enerji Konfransı” adlı tədbir keçiriləcək.
Bu barədə Oxu.Az-a Energetika Nazirliyindən bildirilib.
Konfransın məqsədi Avropaya enerji təchizatı üzrə Azərbaycan, Gürcüstan və Türkiyənin siyasi mövqelərinin möhkəmləndirilməsi ,həmçinin həyata keçiriləcək enerji və infrastruktur üzrə yeni layihələrdə Almaniyanın işgüzar dairələrinin iştirakı üçün potensial sahələrin müəyyən edilməsinə töhfə verilməsindən ibarətdir.
Tədbirdə Almaniya ,Türkiyə və Gürcüstanın yüksək səviyyəli dövlət nümayəndələrinin iştirakı planlaşdırılır.
Qeyd edək ki, konfrans Alman İqtisadiyyatının Şərq Komitəsi və İqtisadiyyat və Mədəniyyət üzrə Alman-Gürcü Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək.
Ülviyyə R. Əli
www.oxu.az