Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahı Krıma köçürülməlidir.
Oxu.Az Gazeta-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.
“Krım qərargah, siyasi Məkkə ola bilər. Krımın dünyanın bütün millətlərini birləşdirsməsi üçün Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahını ABŞ-dan yığışdıraraq bura köçürmək lazımdır. Ən əsası, əlaqə rahat olacaq. Krımın bütün mövqelər üzrə böyük gələcəyi var” – Jirinovski qeyd edib.