2015-ci ilin yanvar-may ayları ərzində Azərbaycan Gürcüstanın ikinci əsas xarici ticarət tərəfdaşı olub.
Oxu.Az xəbər verir ki, Gürcüstan Milli Statistika Komitəsinin məlumatına görə, xarici ticarətdə birinciliyi 611 milyon dollarla Türkiyə, ikinciliyi 360 milyon dollarla Azərbaycan, 3-cü yeri isə 304 milyon dollarla Çin Xalq Respublikası tutub.
Gürcüstan beş ayda Azərbaycana ixracı azaldıb:
Belə ki, komitənin məlumatına görə, ümumilikdə beş ayda Azərbaycana 116 milyon 710.4 min dollar dəyərində məhsul ixrac olunub, ümumi ixracda payı isə 13.2% təşkil edib. 2014-cü ilin anloji dövründə isə bu rəqəm 240 milyon 422,5 min dollar olub. Azalma 123 milyon 712,1 min dollar və ya 51%.
Azərbaycandan idxalda da azalma müşahidə olunur:
Azərbaycandan isə bu ölkəyə 2015-ci ilin beş ayında 243 milyon 647.2 min dollar məhsul ixrac olunub ki, bunun Gürcüstanın ümumi idxalında payı 8%-dir. 2014-cü ilin analoji dövründə isə bu göstərici 257 milyon 706,2 min dollar olub. Azalma 5,5%.
Ülviyyə R. Əli
www.oxu.az