“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) nizamnamə kapitalının 600 mln. manat və yaxud 93,56% artırılmasından sonra Bankın səhmdarlarının pay bölgüsü dəyişib.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, kapital artımı üçün dövriyyəyə buraxılmış, hər birinin nominal dəyəri 0,27 manat olan 2 milyard 222 milyon 222 min 223 ədəd adi səhmlərin hamısını kredit təşkilatının əsas səhmdarı olan Maliyyə Nazirliyi əldə edib.
Alqı-satqı “Unicapital” investisiya şirkətinin anderayterliyi ilə baş tutub. Son nəticədə Nazirliyin ABB-dəki payı 54,96%-dən 76,73%-ə yüksəlib. Əvəzində bankın problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının payı 28,18%-dən 14,56%-ə, 12 qeyri-dövlət müəssisəsinin və 1761 fiziki şəxsin toplam payı isə 16,86%-dən 8,71%-ə düşüb.
“Aqrarkredit”in səhmlərinin 100%-i Azərbaycan hökumətinə məxsus olduğunu nəzərə alsaq, Beynəlxalq Bankda dövlətin payının 91,29%-ə çatdığını demək olar.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 1 milyon 241 min 287 milyon manatdır.
U.A.
www.oxu.az