Sentyabrın 21-24-də Rusiyanın Moskva şəhərində “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi keçiriləcək.
İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, sərgidə Azərbaycanın 20-dən çox şirkətinin istehsal etdiyi meyvə şirələri, şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. vahid ölkə stendi ilə nümayiş etdiriləcək.
Qeyd edək ki, Azərbaycan bu il artıq beşinci dəfə “WorldFood 2021” sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq.