2015-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 15,957 mlrd. manatlıq vəsaitin 73,5%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 9,4% azdır.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.
“İstifadə olunmuş vəsaitin 61,9%-i məhsul istehsalı obyektlərinin, 31,6%-i xidmət sahələri üzrə obyektlərin, 6,5%-i isə ümumi sahəsi 1927,2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 56,%-ni təşkil edib”, - deyə komitədən qeyd olunub.
Ülviyyə R. Əli
www.oxu.az