2015-ci ilin iyunun 1-nə olan məlumata görə, Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 19 milyard 877,6 milyon manat təşkil edib.
Bu barədə Oxu.Az-a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Bankın məlumatına görə, 2015-ci ilin əvvəli ilə müqayisədə kreditləşmənin məbləği 10,32% və ya 1 milyard 860,2 milyon manat artıb.
Bununla belə, son bir ayda isə bu göstərici 127,2 milyon manat və ya 0,63% azalaraq 19 milyard 877,6 milyon manata düşüb.
Qeyd edək ki, son 1 ildə isə 23,27% artım qeydə alınıb.
Ülviyyə R. Əli
www.oxu.az