Avqustun 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 6 mlrd. 860,7 mln. manat təşkil edib.
Oxu.Az xəbər verir ki, banklardakı əmanətlərin 1,822 mlrd. manatı milli valyutada - 26,55%, 5 mlrd. 38,7 mln. manatı - 73,45% xarici valyutada yerləşdirilib.
Ümumilikdə depozit bazasında dollarlaşma səviyyəsi avqustun 1-nə 77,68% təşkil edib. Bu göstərici iyulun 1-də 76,77%, yanvarın 1-də 75,29% olub.
L.Ə.
www.oxu.az