Cari ilin 11 ayı ərzində Azərbaycanda 38,3 milyon ton xam neft, 18,1 milyard kub metr əmtəəlik təbii qaz hasil edilib.
Bu barədə Oxu.Az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.
Neft hasilatı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4% azalıb, əmtəəlik qaz hasilatı isə 6,3% artıb. Bu ilin 11 ayında ümumilikdə təbii qaz hasilatı isə 27,1 milyard kub metr təşkil edib.
Dekabrın 1-nə, Azərbaycanda 342,8 min ton xam neft, 788,6 milyon kub metr təbii qaz ehtiyatı var.
Ülviyyə R. Əli
www.oxu.az