Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan neft hasilatını dondurmaqdan imtina etdi
Azərbaycan Dohada neft hasilat edən ölkələrin nümayəndələrinin görüşündə razılığa gəldikləri kimi neft hasilatının yanvar səviyyəsində dondurulması imkanını nəzərdən keçirmir.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov Reuters-ə açıqlamasında bildirib.
“Bizdə neft hasilatının dondurulması planlaşdırılmır”, - nazir müavini qeyd edib.
Səudiyyə Ərəbistanı, Venesuela və Qətərin neft sənayesi nazirləri, Rusiya energetika naziri Aleksandr Novak çərşənbə axşamı neft hasilatını 2016-cı il səviyyəsində dondurulmasına dair razılığa gəliblər, bunu nazirlər Dohada görüşdən sonra bəyan ediblər.
İran neft istehsalatının dondurulmasını, istehsalatın səviyyəsini sanksiyalar öncəki səviyyəyə çatdıqdan sonra müzakirə edəcəyini bildirib.