2021-ci ilin fevral ayında Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin orta qiyməti 62,74 ABŞ dolları dəyərində olub.
Oxu.Az-ın məlumatına görə, bu göstərici 2021-ci ilin yanvar ayındakı neftin bir barelinin orta qiyməti ilə müqayisədə 7,17 ABŞ dolları qədər və ya 12,9 faiz daha çoxdur.
Fevral ayında neftin bir barelinin orta qiymətinin ən yüksək həddi 25 fevral tarixində qeydə alınıb və 66,98 ABŞ dollarına bərabər olub. Ən aşağı həddi isə 1 fevral tarixində 56,69 ABŞ dollarını təşkil edib.
Ötən ay ərzində neftin qiyməti ilk dəfə 5 fevral tarixində 60 dolları ötərək, 60,51 ABŞ dollarına bərabər olub.
Xatırladaq ki, “Azeri Light” markalı neft sonuncu dəfə 2020-ci ilin fevral ayının 22-də 60 dollardan yuxarı həddə satılıb.
Nigar Məmmədova