Azərbaycanın dünya bazarında satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 64,54 dollar təşkil edib.
Oxu.Az xəbər verir ki, bu isə 4,3 dollar və yaxud 7,14% bahalaşma deməkdir.
Qeyd edək ki, OPEC-in hasilatın azaldılması qərarından sonra Brent neftinin bahalaşması fonunda Azərbaycan neftinin də qiyməti qalxdı.
“Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Oxu.Az yeniləndi!