“Azeri LT CIF” markalı yüngül neftin qiyməti 2,69 dollar yüksəlib.
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.
SOCAR bildirir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 2,69 dollar yüksəlib.
Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 65,30 dollardır. Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində də bahalaşma qeydə alınıb.
Ülviyyə R. Əli
www.oxu.az